BAKI, 14 aprel. TELEQRAF

Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən edilərək, polis şöbəsinə dəvət olunublar.

Bunu Teleqraf-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

"Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir", -deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, azyaşlı qızı amansızcasına döyüb, videoya çəkib, görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir. Onun əvvəl də buna oxşar əməllər etdiyi bildirilir.