BAKI, 14 mart. TELEQRAF

Qərbi Azərbaycandan olan şəxslərə imtiyazlar verilə bilər.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunur ki, Qərbi Azərbaycana qayıdış strategiyası nəzərə alınmaqla Qərbi Azərbacan qaçqınlarının hüquqlarının keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutulması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflər aidiyyatı qurumlara təqdim olunub.