BAKI, 14 mart. TELEQRAF

İstirahət günlərində (15-16 mart) Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Göygöl milli parkını səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-24° isti olacaq.

Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 17-22° isti olacaq.

Altıağac milli parkına - səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

Samur – Yalama milli parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 27-29°isti olacaq.

Şirvan Milli Parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 25-27° isti olacaq.

Ağgöl milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 23-26° isti olacaq.

Qızılağac milli parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-23° isti olacaq.

Hirkan milli parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parka səfər edən ziyarətçiləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.