BAKI, 14 mart. TELEQRAF

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 13, 20 və 27 aprel 2025-ci il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

13 aprel

Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran

20 aprel

Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb)

27 aprel

Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə (Talış kənd orta məktəbi), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi, Sus kənd tam orta məktəbi), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, gürcü dilində olan məktəblər

Qeyd edilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

İmtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.