BAKI, 14 fevral. TELEQRAF

2024-cü ildə mənzil və avtomobillə təmin olunan şəxslərin sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, hesabat dövründə imtiyazlı şəxslərə Vətən müharibəsi şəhidinin ailə üzvünə, Vətən Müharibəsi Qəhrəmanına və ya onların ailə üzvlərinə, Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə, I Qarabağ müharibəsi şəhidinin ailə üzvünə, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 20 Yanvar faciəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslərə və 20 Yanvar şəhidinin ailə üzvünə, Çernobıl AES-də qəza ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına, gözdən əlilliyi olan şəxslərə ümumilikdə 800 mənzil verilib.

Qeyd edilib ki, 2024-cü il ərzində növbədə olan imtiyazlı şəxslərdən 93 nəfər avtomobillə təmin olunub.