BAKI, 14 mart. TELEQRAF

Ötən il sosial müavinət və təqaüd alan şəxslərin sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, 2024-cü ildə 453,3 min nəfərə və ya ölkə əhalisinin 4,4 faizinə aylıq, 63,3 min nəfərə və ya ölkə əhalisinin 0,6 faizinə birdəfəlik xarakterli olmaqla, ümumilikdə 516,6 min nəfərə və ya ölkə əhalisinin 5,1 faizinə sosial müavinət, 401,4 min nəfərə və ya ölkə əhalisinin 3,9 faizinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.