
BAKI, 21 fevral. TELEQRAF
Fevralın 25-də saat 12:00-dan 13:00-a kimi filialın Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) əmək yarmarkası təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.
Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək əmək yarmarkasında müxtəlif sahələr üzrə vakansiyalar təqdim ediləcək.