"Çox vacib qanun layihəsidir. Cəmiyyətdə geniş müzakirə olunur, dəstəkləyir. Yaşın 30-a salınması təqdirə layiqdir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib:
"Ailədə iki övladın böyüdülməsi də dövlətə köməkdir. Ailə başçısı hərbi xidmətə çağırılırsa, iki uşaq evdə anası ilə qalır. Ana da bəlkə işləmir. Məsələnin maddi tərəfi də, mənəvi tərəfi də var. Hesab edirəm ki, gələcəkdə bu məsələyə də baxılmalıdır”.