Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyində 12 məsələ yer alıb.

Deputatlar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsini davam etdirəcəklər.