BAKI, 27 oktyabr. TELEQRAF

"Azərbaycanın 22 rayonunda paralel 2 istiqamət üzrə 2 439 qadın mammoqrafiya müayinəsindən keçib. 22 rayondan 11 rayon üzrə nəticələrin təhlili aparılıb".

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Strateji İnkişaf Departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli "Xərçəngdən güclüsən” adlı tədbirdə deyib.

"1.219 nəfərdən 386 nəfərdə BI-RADS 3, 51 nəfərdə isə BI-RADS 4 aşkarlanıb. BIRADS 3 böyük ehtimalla xoşxassəlidir (təxminən 98%). 3–6 ay sonra yenidən yoxlanılmalıdır. BIRADS 4 isə xərçəng riski var deməkdir. Biopsiya məsləhətdir. Bu şəxslərin hamısı Onkologiya Mərkəzinə yönəldilib”, deyə qeyd edib.

Həkim-onkoloq Nərmin Axundova bu il Gəncədə 300-dən çox xəstənin süd vəzi xərçəngindən müayinə olunduğunu, 8 qadında sözügedən xəstəliyin aşkarlandığını diqqətə çatdırıb.