GORANBOY, 8 iyul. TELEQRAF

Goranboyda az yaşlı kimyəvi maddədən zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Veyisli kənd sakini, 2023-cü il təvəllüdlü Əbülfəz Verdiyev xlor içərək zəhərlənib. Kimyəvi maddə evdə ziyanverici həşəratlara qarşı istifadə edilirmiş.

Azyaşlı xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib.

Vəziyyəti kafidir. Hadisə ehtiyatsızlıqdan baş verib.