BAKI, 19 iyun. TELEQRAF

Azərbaycanda 35,2 min həkim fəaliyyət göstərir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin əvvəlinə olan məlumatlara əsasən ölkənin tibb müəssisələrində 23,2 mini qadın olmaqla, ümumilikdə 35,2 min həkim çalışır.

"Həkimlərin 26,2 mini dövlət, 9 mini isə qeyri-dövlət tibb müəssisələrində işləyir", - Komitədən bildirilib.

Qeyd edək ki, 2023- cü ildə ölkədə həkimlərin sayı 33.8 min olub. 2024-cü ildə isə tibb üzrə ali təhsil pilləsinin rezidentura səviyyəsini 311 nəfər bitirib.