BAKI, 28 may. TELEQRAF

Koronavirus (COVID-19) peyvəndi ABŞ-də sağlam uşaqlar və hamilə qadınlar üçün tövsiyə edilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin səhiyyə naziri Robert Kennedi sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, COVID-19 peyvəndi sağlam uşaqlar və hamilə qadınlar üçün "tövsiyə olunan peyvəndlər" siyahısından çıxarılıb.