Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Keşikçidağ mağaralar kompleksinin ərazisində aparılan işlərlə bağlı son vəziyyəti açıqlayıb.

Dövlət Xidmətindən Teleqraf.com-a bildirilib ki, Keşikçidağ mağaralar kompleksinin ərazisində çəkilən asfalt yolun başlanğıcında inşa edilən məlumat lövhəsinin son tamamlama işləri aparılır.