Tələbə vəfat etdiyi, yaxud əmək qabiliyyətini itirdiyi zaman krediti sığorta şirkəti ödəyir.

Teleqraf.com xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib:

"Kredit verilən zaman sığortalanır. Tələbəyə heç kim girov, zamin kimi tələb qoymur. Qeyd olunan hallarda kreditin ödənilməsi üçün tələbəyə heç kim hüquqi öhdəliklər ötürə bilməz. Sığorta şirkəti tərəfindən kredit dövlət hesabına ödəniləcək".