Bu günə qədər 2899 nəfər üzrə təhsil tələbə kreditlərinin verilməsi üçün 2 milyon 200 min manat vəsait sərf olunub.
Teleqraf.com xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib.
"Vəsaitimiz var. Qanuni qaydada müraciət edənlərə təhsil tələbə kreditləri veriləcək".