Ödənişli təhsil alan tələbələr arasında qiyabi təhsil alanların sayı çox aşağıdır.

Teleqraf.com xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib.

Onun sözlərinə görə, qiyabi təhsil yaxın 4-5 il sonra mövcud olmaya bilər:

"Qiyabi təhsil alan tələbələrin kənarda gəlir əldə etmək imkanı var. Bu baxımdan təhsil tələbə kreditləri verilən zaman qiyabi təhsil bazasında təhsil alanlar nəzərə alınmayıb".