Təhsil tələbə kreditləri üzrə ən çox müraciət Azərbaycan bölməsi üzrə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib.

Onun sözlərinə görə, 2638 nəfər Azərbaycan bölməsi, 136 nəfər rus bölməsi, 125 nəfər isə ingilis bölməsi üzrə TTK almaq üçün müraciət edib.

Araz Paşayev əlavə edib ki, TTK üçün ən az müraciət mühəndislik ixtisasından qeydə alınıb.

Fond rəhbəri deyib ki, 3000-ə yaxın tələbə yaz semestri üzrə TTK almaq üçün müraciət edib. Onlardan 400 nəfərin müraciəti rəsmiləşdirilib.

Araz Paşayev qeyd edib ki, TTK almaq üçün yaş məhdudiyyəti tətbiq edilməyib.