Bu gün Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət tətbiq edilib.

Bu barədə Teleqraf.com-a “Azərsu” ASC-də məlumat verilib.

Məlumata görə, səbəb magistral su kəmərində baş vermiş qəzadır. Odur ki, Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbələrinin bir hissəsi susuz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması işləri aparılır.