BAKI, 10 mart. TELEQRAF

Bayramlarla əlaqədar olaraq respublika üzrə pensiyaların martın 11-də qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.