LAÇIN, 2 iyul. TELEQRAF
“Forumda qadınların iqtisadi azadlığının təmin olunması, onların təhsil, elm və müxtəlif sahələrdə özlərini inkişaf etdirmələrinin nə qədər vacib olduğu barədə müzakirələr aparıldı”.
Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müvavini Ləman Yenigün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində keçirilən Qadınlar Forumundan sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ECO ölkələri regionda sülhə töfhə verə bilər:
“Qadınların inkişafına ən böyük maneələr müharibələr olur. Sülhün təmin olunduğu, qadınların gücləndiyi və dost ölkələrin birlikdə qadınları dəstəklədiyi gözəl proqramlarda yenidən bir arada olmağı arzulayırıq”.