BAKI, 30 iyun. TELEQRAF

İlin sonunadək 5 sosial xidmət müəssisənin açılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov rəhbərlik etidyi qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, növbəti illərdə ahıllar üçün dəstək layihələrinin artırılması nəzərdə tutulub.

"Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmətlərin göstərilməsi genişləndiriləcək", - o əlavə edib.