BAKI, 29 may. TELEQRAF

"Ən yaşlı pensiyaçımız Lənkəranda yaşayan 135 yaşlı qadındır".

Teleqraf xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, indiyə qədər 1,3 milyondan artıq şəxsə proaktiv qaydada təyinat həyata keçirilib.

"Azərbaycan əhalisinin 90%-dən çoxunu biz sistemlərimizlə əhatə etmişik", - deyə o əlavə edib.