BAKI, 29 may. TELEQRAF

2017-2025-ci illər ərzində aktiv məşğulluq tədbirləri ilə əhətə olunan ölkə vətəndaşlarının sayı 2 milyon ətrafında olub.

Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, məşğulluq istiqamətində hazırlıqlı olmaq lazımdır.

"İşçi qüvvəsi dəyişikliklərə hazırlıqlı olmalıdır, bu, prioritetlərdən biridir. Biz bütün çağırışlara hazırıq. Bütün məşğulluq tədbirləri yeniliklərə və çağırışlara cavab verir. İş yerlərinin yaradılması, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, sosial müdafiənin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb", - deyə əlavə edib.

S.Əliyev əlavə edib ki, hazırda 175 istiqamətdə peşə təlimləri həyata keçirilir. 1300-dən çox peşə standartı isə artıq təsdiq edilib. Qeyri-formal məşğulluq istiqamətində də müəyyən tədbirlər həyata keçirilib.