BAKI, 29 may. TELEQRAF

"Son illərdə ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, minimum əmək haqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb.

"Cari ildə icrasına başlanılmış yeni islahat paketi 3 milyon nəfəri əhatə edir. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır", - deyə nazir əlavə edib.

Nazir əlavə edib ki, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2, 6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb.