BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən bildirilib.

Baş nazir müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyub.