BAKI, 13 mart. TELEQRAF

Qlobal idarəetmədə çatışmazlıq artır və bununla bağlı narahatlıqlar mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Çin hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, istər zəngin, istər kasıb, istər böyük, istərsə də kiçik olsun, bütün ölkələr bərabərdir:

“Xüsusilə də inkişaf etməkdə olan ölkələr, dənizə çıxışı olmayan dövlətlər və kiçik ada inkişaf etməkdə olan dövlətlər inkişaf etmiş zəngin ölkələrlə eyni suverenlik və bərabərlik hüququna malikdir.

Birləşmiş Millətlər Təşkilatının hər bir üzv dövlətinin suverenliyi pozulmamalı və pozula bilməz. Keçmişdə insanlar tez-tez “haqlı olan mənəm” deyirdilər. Hesab edirəm ki, bu ideyanı irəli sürməklə biz beynəlxalq ictimaiyyətə güclü bir mesaj verməyə çalışırıq: güc haqlı olmaq demək deyil. BMT-nin heç bir üzv dövləti “menyuda” olmamalıdır.beynəlxalq hüququn aliliyindən danışarkən biz BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara əsaslanan hüquqi sistemdən bəhs edirik. Düşünürəm ki, dünyada heç bir ölkə “cəngəllik qanunlarına” qayıtmaq istəmir.

Bunu deməklə biz bəzi ölkələrin faydalandığı cəzasızlıq mühitinə son qoymağa çağırırıq. Beynəlxalq məsuliyyətdən yayınmaq mümkün olmamalıdır. Bu cür beynəlxalq cəzasızlıq aradan qaldırılmalıdır.

Çoxtərəflilikdən danışanda bəziləri deyir ki, Birləşmiş Millətlər Təşkilatı öz işini görmür, zəifdir. Doğrudur, BMT mükəmməl deyil. BMT-nin keçmiş baş katib müavini kimi deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatının sistemi təkmilləşdirilməli və islahatlara ehtiyac duyur”.