BAKI, 12 mart. TELEQRAF
“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qərar çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılması məqsədilə həyata keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması hərbi vəzifə ilə bağlı öhdəliyin yerinə yetirilməsidir.