BAKI, 2 mart. TELEQRAF

Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

Teleqraf Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Yermek Koşerbayev İrandakı vəziyyətlə bağlı Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışığı aparıb.

Azərbaycan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstan vətəndaşlarının İrandan evakuasiyasına köməklik göstərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, iki vətəndaşın müraciəti əsasında Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən İrandan Culfa (Naxçıvan) sərhəd-keçid məntəqəsi vasitəsilə giriş üçün operativ qaydada icazə alınıb.

Hazırda İranda Qazaxıstanın 82 vətəndaşı var.