BAKI, 28 fevral. TELEQRAF

ABŞ administrasiyası İranı xarici vətəndaşları əsassız və sistemli şəkildə saxlayan dövlətlər kateqoriyasına daxil edib.

Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Marko Rubio fevralın 27-də verdiyi açıqlamada bildirib ki, İran uzun illərdir günahsız amerikalıları və digər ölkələrin vətəndaşlarını saxlayaraq bundan siyasi təsir aləti kimi istifadə edir.

Rubio qeyd edib ki, əgər Tehran bu praktikaya son qoymasa, Vaşinqton əlavə tədbirlər görə bilər. Onun sözlərinə görə, bu tədbirlər ABŞ pasportlarının İrana, İrandan və ya bu ölkə üzərindən tranzit səfərlər üçün istifadəsinə coğrafi məhdudiyyətlərin tətbiqini də əhatə edə bilər.

Dövlət katibi həmçinin ABŞ vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb: “Heç bir amerikalı heç bir səbəbdən İrana getməməlidir. Hazırda İranda olan bütün amerikalıları dərhal ölkəni tərk etməyə çağırırıq”.