BAKI, 27 fevral. TELEQRAF
"Yandex" (MOEX: YDEX ) şirkətinin həmtəsisçisi Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
İş adamı bu həftə Rusiya vətəndaşlığından imtina etdiyi barədə təsdiq alıb.
Qeyd edək ki, Voloj Ukraynada hərbi əməliyyatların başlamasından qısa müddət sonra Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalıb və şirkətdəki bütün rəhbər vəzifələrindən istefa verib. 2023-cü ilin avqust ayında o, döyüşləri açıq şəkildə tənqid edib.