BAKI, 27 fevral. TELEQRAF
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ölümcül sərhəd toqquşmaları və hava hücumları fonunda Əfqanıstan və Pakistanı siyasi dialoqa dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT tərəfindən məlumat yayılıb.
O, həmçinin qadın və qızların hüquqlarını ciddi şəkildə pozmağa davam edən "aparteid tipli" fərmanlarını sərtləşdirən Talibanın de-fakto hakimiyyətini qınayıb.
"Vəziyyət təcili siyasi dialoq tələb edir, daha da güc tətbiqini deyil", - deyə o bildirib.