BAKI, 27 fevral. TELEQRAF
ABŞ-nin keçmiş Prezidenti Bill Klinton maliyyəçi Ceffri Epşteynin fəaliyyətini araşdıran Konqres komitəsi qarşısında çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) nəşri məlumat yayıb.
O bildirib ki, Epşteynin törətdiyi cinayətlər barədə heç nə bilməyib.
"Mənim Epşteynin törətdiyi cinayətlərdən xəbərim yox idi", - Bill Klinton deyib və əlavə edib ki, hətta geriyə baxanda da, onu şübhələndirə biləcək heç nə görmür.
O qeyd edib ki, Epşteynlə ünsiyyətini onun cinayətləri üzə çıxmazdan əvvəl dayandırıb.
***
21:35
ABŞ-nin keçmiş prezidenti Bill Klinton Epşteynlə əlaqələri barədə Konqres qarşısında ifadə verməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Klinton ABŞ Konqres komitəsi qarşısında qapalı qapılar arxasında ifadə verib.
O uşaq təcavüzü və digər cinsi cinayətlərdə ittiham olunan amerikalı iş adamı Ceffri Epşteynin təyyarəsində bir neçə dəfə uçub. Konqres tərəfindən Epşteyn işi ilə bağlı açıqlanan sənədlər arasında onların ikisinin birlikdə çəkdirdikləri şəkillər də var.
Klinton Epşteynin cinayətləri barədə heç nə bilmədiyini və onunla əlaqə saxladığına görə peşman olduğunu bildirib .
Cümə axşamı ABŞ-ın keçmiş dövlət katibi, keçmiş prezidentin həyat yoldaşı Hillari Klinton Epşteynlə əlaqələri barədə ifadə verib.