BAKI, 28 fevral. TELEQRAF

Slovakiyanın Baş naziri Robert Fiko sosial mediada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə razılıq verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Ukrayna lideri Fikoya görüşdə ikitərəfli əməkdaşlığın aspektlərini müzakirə etməyi təklif edib. Fiko Xarici İşlər Nazirliyinə görüşün qrafikini hazırlamağı təklif edib.

İki lider arasında münasibətlər "Drujba" neft kəmərinə qoyulan məhdudiyyətdən sonra daha da pisləşib.

Yanvarın sonlarında Ukrayna "Drujba" neft kəməri ilə tranziti dayandırıb və bununla da Rusiyanın Slovakiya və Macarıstana neft tədarükünə son qoyulub.