BAKI, 27 fevral. TELEQRAF
Rusiyanın Fora-Bank Səhmdar Kommersiya Bankı Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti açıqlama yayıb.
Açıq mənbələrə görə, bankın səhmlərinin 71,3%-i iş adamı Samvel Karapetyan və onun həyat yoldaşı Eteriyə məxsusdur.
Böyük Britaniyanın sanksiya siyahısına daxil olan digər maliyyə qurumları arasında Avers Bank, Transcapitalbank, Absolutny Bank, Sinara Bank, Lanta-Bank, Tochka Bank və BARS Səhmdar Cəmiyyəti var.