BAKI, 27 fevral. TELEQRAF

Milanda tramvayın relsdən çıxması nəticəsində ən azı 1 nəfər ölüb, 39 nəfər yaralanıb.

Teleqraf BBC-yə istinadən xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Həddindən artıq yüklənmiş tramvay Via Viatorio Veneto şossesi ilə hərəkət edərkən binaya çırpılıb.

Tramvayın relsdən çıxma səbəbi hələlik məlum deyil.