BAKI, 28 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Karvan-Yevlax” matçı öncəsi stadiondakı son durum müəyyənləşib.

Teleqraf xəbər verir ki, bölgədəki qarlı hava şəraiti ilə əlaqədar Qəbələ şəhər stadionunun meydançasının ot örtüyü qar altındadır.

Əldə etdiyimiz məlumata görə, qarın yağması şiddətlənməyəcəyi halda matçın keçirilməsi üçün hər hansı bir problem yaranmayacaq. Əks halda isə matçın təxirə salınma ehtimalı yarana bilər.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da start götürəcək.