BAKI, 27 fevral. TELEQRAF

BMT-nin nüvə nəzarəti orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hesabatına görə, İranın ən yüksək səviyyədə zənginləşdirilmiş uranının bir hissəsi İsfahandakı poliqonun yeraltı ərazisində saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hesabat üzv dövlətlərə göndərilib.

AEBA ilk dəfədir ki, 60%-ə qədər zənginləşdirilmiş uranın yerini açıqlayır.

Diplomatlar deyirlər ki, tunel kompleksinin girişi iyun ayında ABŞ və İsrail hərbi hücumları nəticəsində vurulub, lakin obyektə zərər dəyməyib.