BAKI, 27 fevral. TELEQRAF

"Onlar hər şey barədə danışırlar, amma ordunun daxilində baş verənlər barədə susurlar".

Teleqraf xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Janna Aleksanyan sosial hesabında yazıb.

"Onlar orduda əsgərlərin niyə bir-birini öldürməsindən danışmırlar. Bu ölümlər ordudakı atmosferi, əsgərin həyatı üzərində hansı nəzarətin və məsuliyyətin olduğunu göstərir. Ailələrə oğullarının niyə həyatlarından məhrum edildiyi barədə heç bir izahat verilmir".

Qeyd edək ki, 2025-ci ildə Ermənistan ordusunda 34 ölüm hadisəsi qeydə alınıb.