BAKI, 27 fevral. TELEQRAF
Böyük Britaniya Ukraynaya nüvə silahları ötürərsə, qarşıdurma yeni səviyyəyə çatacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.
Diplomatın sözlərinə görə, Rusiya Böyük Britaniyadan bölgədə nüvə silahının mövcudluğunun qarşısını almağı tələb edir .
Fevralın 24-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynanı nüvə bombası ilə silahlandırmaq planlarını açıqlayıb.
Böyük Britaniya Baş naziri Keyr Starmerin rəsmi sözçüsü bu məlumatı təkzib edib.