BAKI, 27 fevral. TELEQRAF

“Elektron iştirakçılıq” portalı istismara veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” yer alıb.

Sənədə əsasən, Elektron Hökumət İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.