BAKI, 27 fevral. TELEQRAF
Dövlət orqanları “kağızsız hökumət”ə keçir.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” yer alıb.
Bildirilib ki, dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və “kağızsız hökumət”ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.