BAKI, 27 fevral. TELEQRAF
Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhət verəcək.
Teleqraf xəbər verir ki, bu barədə "The Independent" qəzetinin məlumat verib.
Qəzet yazır ki, keçmiş baş nazir Ukrayna Prezidenti Volodimir Zelenskinin Beynəlxalq Məşvərət Şurasında iqtisadi məsələlər üzrə ödənişsiz məsləhətçisi olmağa razılığını verib.
Məşvərət Şurasında Rişi Sunakla yanaşı Kanadanın keçmiş baş nazirinin müavini Xristia Frilan da var.
Nəşrin qeyd etdiyi kimi, Sunak Ukraynanı dəstəkləməyin onun üçün şərəf olduğunu bildirib.