BAKI, 11 fevral. TELEQRAF

Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsində bir sıra bəndlər yeni redaksiyada verilib:

“5.50. həmin Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır".