BAKI, 2 fevral. TELEQRAF
Vergi və gömrük güzəştləri ilə bağlı normativ hüquqi aktlarda dəyişiklik edildi.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib.