BAKI, 11 dekabr. TELEQRAF
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” təsdiq edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin təkmilləşdirilməsi, habelə bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə Nazirlər Kabineti Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməlidir.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.