BAKI, 2 dekabr. TELEQRAF
"Hazırda ölkəmizdə aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər artımları müşahidə edirik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, bu artımların böyük hissəsi özəl sektorla bağlıdır: "Özəl sektorda əməkhaqqı fondu 3,6 dəfə artıb. Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”.