BAKI, 15 dekabr. TELEQRAF

“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş” təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış sözügedən Saziş təsdiq edilib.

Sənədə uyğun olaraq, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının icrasını təmin edəcək. Eyni zamanda, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Əlcəzair tərəfinə rəsmi bildiriş göndərilməsi tapşırılıb.