BAKI, 16 dekabr. TELEQRAF
Berlində keçirilən danışıqlarda Amerika nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh müqaviləsinin bir hissəsi olaraq qoşunların Donbasdan çıxarılmasına razılıq verməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sayt yazır ki, Zelenski təkliflə "yox" cavabı verməyib, lakin əlavə müzakirələr istəyib: "Ukrayna lideri ABŞ administrasiyası ilə münasibətləri gərginləşdirməmək şərti ilə Ukrayna xalqının maraqlarına zidd güzəştlərdən yayınmaq istəyir".
Qeyd olunur ki, Berlində əsas müzakirə mövzuları ərazi məsələsi və Ukraynanın NATO -ya üzvlüyü olub.
Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 14-15 dekabr tarixlərində Berlində baş tutub. ABŞ nümayəndə heyətini ABŞ Prezidentinin elçisi Stiv Uitkov və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Zelenski danışıqların məhsuldar olduğunu, lakin ləyaqətli sülhə nail olmaq üçün daha çox iş görülməli olduğunu bildirib .