BAKI, 16 dekabr. TELEQRAF
Sidneydə Bondi çimərliyində törədilən terror aktı nəticəsində həlak olan 15 nəfərdən 9-nun şəxsiyyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Avstraliyanın "The Australian" qəzeti yazıb.
Rəsmi qurumlar hələlik qurbanların adlarını dərc etməsə də, nəşr öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ölənlər arasında keçmiş iki Rusiya vətəndaşı da var.
Həmçinin terror aktı zamanı iki ravvin Yakov Levitan və Eli Şlenger, Avstraliya polisinin veteranı Piter Miqer, 27 yaşlı Fransa vətəndaşı Den Elkayam, Sidneydəki sinaqoqlardan birinin könüllüləri olan 78 yaşlı Tibor Vaytsen və 82 yaşlı Marika Poqani həlak olub. Ölənlər arasında 10 yaşlı Matilda adlı qız uşağı da var.